Almaniyada keçirilən futbol matçında maraqlı bir hadisə yaşanıb. TSG Hoffenhaym II komandasının 21 yaşlı oyunçusu Yannis Hor, aut atışı etməyə hazırlaşarkən gözlənilməz bir vəziyyətlə qarşılaşıb.
Oyunçu, sahəyə girən topu uzaqlaşdırmaq istəyərkən topu təsadüfən VfB Ştutqart II komandasının texniki heyət üzvünə vurub. Bu hərəkət baş hakimin diqqətindən yayınmayıb.
Hakim, Yannis Horun bu hərəkətini idman qaydalarına zidd hesab edərək ona qırmızı vərəqə göstərib. Bu qərar futbol dünyasında müzakirələrə səbəb olub.