Fənərbaxçenin son dəqiqələrdə qazandığı qələbə bir azarkeşin reaksiyası ilə yadda qalıb. Samsunsporla matçda Fənərbaxçe 90+5-ci dəqiqədə qol vuraraq 3:2 hesabı ilə qalib gəlib.
Tribunlarda yaşanan sevinc anları kameralara düşüb. Fanatik azarkeşin son saniyədəki qələbəyə reaksiyası sosial mediada sürətlə yayılıb. Qışqıraraq ətrafındakı əşyaları atan azarkeşin görüntüləri “əsl futbol sevinci” kimi dəyərləndirilib və minlərlə dəfə paylaşılıb.