Fenerbahçe’nin ulduz qapıçısı Ederson, Braziliya milli komandasının heyətinə daxil edilməsi xəbəri ilə böyük sevinc yaşayıb.
Təcrübəli qolkiper, yayımlanan siyahını ailəsi ilə birlikdə izləyib. Braziliya milli komandasının namizəd heyətinin açıqlanmasını səbirsizliklə gözləyən Ederson, adını eşidən kimi sevincdən yerə-göyə sığmayıb.
Ailəsi ilə birlikdə bu xoş xəbəri qeyd edən qapıçının emosional reaksiyası kameralara düşüb və sosial mediada sürətlə yayılıb.
Futbol azarkeşləri Edersonun bu səmimi sevincinə böyük maraq göstəriblər.