UEFA Çempionlar Liqası-nda 1/4 finala yüksələcək son 4 komanda bu gün bəlli olacaq. 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində 4 maraqlı qarşılaşma baş tutacaq.
“Qalatasaray” səfərdə “Liverpul” ilə qarşılaşacaq. Digər oyunlarda “Barselona” evdə “Nyukasl”-ı qəbul edəcək, “Bavariya” “Atalanta” ilə, “Totenhem” isə “Atletiko” ilə mübarizə aparacaq.
Oyunların Cədvəli:
* 21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) (İlk oyun – 1:1)
* 00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) (İlk oyun – 0:1)
* 00:00. “Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya) (İlk oyun – 6:1)
* 00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya) (İlk oyun – 2:5)
Qeyd edək ki, daha əvvəl PSJ, “Real”, “Arsenal” və “Sportinq” 1/4 finala vəsiqə qazanıblar.