Atletiko Madrid Ederson Transferi üçün Hərəkətə Keçdi: 35 Milyon Avro!

News Image

Atletiko Madrid klubu Atalantanın yarımmüdafiəçisi Ederson üçün 35 milyon avro təklif edib. La Liqa təmsilçisi bu transfer üçün əlavə olaraq 5 milyon avro bonus ödəməyə hazırdır.

İtaliya klubu ilkin olaraq 40 milyon avro tələb edir. Xatırladaq ki, Atletiko qış transfer pəncərəsində Atalantadan Ademola Lukmanı transfer etmişdi.

26 yaşlı Ederson bu mövsüm bütün turnirlərdə 32 oyunda iştirak edib, 2 qol və 1 asistlə fərqlənib.

0