əliyar Ağayevə Uefa Konfrans Liqasında Yüksək Vəzifə Verildi

News Image

FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində AEK Larnaka – Kristal Pelas matçına baş hakim təyin edilib.

Ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Niderlandlı Jeroen Manşot VAR, azərbaycanlı Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnakada baş tutacaq. İlk oyunda hesab bərabərə bitmişdi.

2