Zaqatalada Su Təchizatı Dayandırıldı: Səbəb Qəza

News Image

Zaqatala şəhərində su təchizatında müvəqqəti fasilə yaranıb. Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, 28 May küçəsində su xəttində qəza baş verib.

Qəza nəticəsində şəhərin bir sıra küçələrində, o cümlədən Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 May, Sabir, Füzuli və digər küçələrdə su təchizatı dayandırılıb.

İdarədən bildirilib ki, qəzanın aradan qaldırılması üçün təmir işləri aparılır və təmir başa çatdıqdan dərhal sonra suyun verilməsi bərpa olunacaq.