Xırdalanda Dəhşətli Qəza: Motosikletçi Zabit Ramin İsayev Həlak Oldu

News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb

Dünən Xırdalan şəhərində baş verən ağır yol qəzası nəticəsində motosiklet sürücüsü dünyasını dəyişib.

32 yaşlı İsayev Ramin Nürəddin oğlu, idarə etdiyi motosikletlə yük maşınına çırpılıb. Qəza zamanı ağır xəsarətlər alan Ramin İsayev, hadisə yerindəcə keçinib.

Məlumata görə, R. İsayev zabit olub və İkinci Qarabağ müharibəsində iştirak edib. Baş leytenant rütbəsi ilə xidmət edən İsayev, Şuşanın azad edilməsində fədakarlıq göstərib.

O, müharibədən sonra “Hərbi xidmətlərə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub. Mərhumun bir qızı qalıb.

0