Xəzər dənizində növbəti zəlzələ hadisəsi baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələnin gücü 3.3 bal təşkil edib.
Zəlzələnin episentri 74 km dərinlikdə yerləşib.
Bundan əvvəl də Xəzərdə 3.1 bal gücündə zəlzələ qeydə alınmışdı. Hər iki zəlzələ arasında oxşar dərinlik müşahidə olunur.