Tovuzda Dəhşətli Partlayış: Ailənin 4 üzvü Yaralandı!

News Image

Tovuz rayonunun Aşağı Quşçu kəndində gecə saatlarında yaşayış evində güclü partlayış baş verib.

1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus evdə qaz sızması nəticəsində partlayış qeydə alınıb. Partlayış nəticəsində ev sahibi Zeyhun Cəfərov və ailə üzvləri – 1997-ci il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1