Tovuz rayonunda dəhşətli hadisə baş verib. Bir ana öz körpəsini yaşlı bir qadının evində qoyaraq gedib. Qadın, uşağın anasının evini kirayələmək istədiyini, lakin sənədlərini gətirmək bəhanəsi ilə uşağı yanında qoyduğunu bildirib.
Ev sahibi qeyd edib ki, həmin şəxslər bir həftə əvvəl gəliblər və evi kirayələmək istədiklərini deyiblər. O, sənədlərini tələb etdikdə, onlar sənədləri sabah gətirəcəklərini vəd ediblər. Lakin, onlar getdikdən sonra geri qayıtmayıblar.
Qadın ananın sözlərini belə xatırlayır: “Tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq. Uşaqdan muğayat olun, qayıdıram.” Ev sahibi bir sutka ərzində həmin şəxslərə zəng etsə də, cavab ala bilməyib. Nəticədə, o, polisə məlumat verib.
Körpə hazırda xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma davam edir.