Tehran silkələnir! Şəhərdə ardıcıl olaraq ən azı dörd yeni partlayış baş verib. Al Jazeera telekanalının yaydığı məlumata görə, partlayışların hansı ərazilərdə baş verdiyi hələlik məlum deyil.
Xatırlatma: Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats, İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı. Daha sonra ABŞ Prezidenti Donald Tramp da ölkəsinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bildirmişdi.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket atmışdı. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləmiş, ölkədə sirenlər çalınmış və hava hücumundan müdafiə sistemləri işə salınmışdı.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü iddia edilmişdi. İran, ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirmişdi. Bu səbəbdən həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanmışdı.