Bu gün Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin yaydığı məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 6/0.4 kV-luq Transformator Məntəqəsində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar olaraq, saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsinin Vahid Xəlilov küçəsində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Aparılan təmir işləri başa çatdıqdan sonra həmin ərazilərə daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi veriləcək.