Sel Xəbərdarlığı: Dağ çaylarında Su Artımı Gözlənilir

News Image

Sabahdan etibarən Azərbaycanın qərb bölgələrində hava şəraiti dəyişəcək. Bəzi ərazilərdə arabir yağıntılar olacaq, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar güclənəcək, şimşək çaxacaq və dolu düşməsi ehtimalı var.

Ən əsası, çaylarda sululuğun artacağı, hətta bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verə biləcəyi proqnozlaşdırılır.

0