Sabah Azərbaycanda Hava: Bəzi Bölgələrə Yağış, Dağlara Qar Gözlənilir

News Image

Martın 17-də Azərbaycanda hava şəraiti dəyişkən olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz bəzi ərazilərdə çiskinləmə ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8°C, gündüz 8-13°C təşkil edəcək. Atmosfer təzyiqi yüksələcək, nisbi rütubət gecə 75-80%, gündüz 65-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşə bilər. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi ərazilərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9°C, gündüz 12-17°C, dağlarda gecə 3°C şaxtadan 2°C-dək isti, gündüz 5-10°C isti olacaq.

3