Sərxoş şəxs şirləri Qəfəsdən Buraxdı: Nəticəsi Dəhşətli Oldu

News Image

Meksikanın San-Pedro-Çolula şəhərində sərxoş vəziyyətdə olan bir şəxs keçmiş sirk heyvanları mərkəzində şok hadisə törədib.

Məlumata görə, həmin şəxs mərkəzə sərxoş halda daxil olub və şirlərin qəfəslərini açıb. Qəfəslərdən çıxan iki şir dərhal ona hücum edib. Ağır xəsarətlər almasına baxmayaraq, kişi şirlərlə mübarizə apararaq boş qəfəslərdən birində gizlənməyə nail olub. Şirlər ərazidəki bir iti öldürüblər.

Xilasedicilər qəfəsin içində cırıq paltarlı vəziyyətdə kişini tapıblar. O, dərhal xəstəxanaya yerləşdirilib, şirlər isə yenidən qəfəslərinə salınıb. Şirlər şəxsin qollarından və üzündən ciddi xəsarətlər yetiriblər. Polis hazırda onun kimliyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, həmin şəxs bir neçə gün əvvəl cinayətkar qrupun hasarda açdığı dəlikdən mərkəzə daxil olub. Həmin cinayətkarlar bir neçə heyvanı oğurlamağa cəhd edərkən yaxalanıblar.

0