Şəkidə dəhşətli hadisə baş verib.
Rayonun Yeni Çələbixan qəsəbəsində 1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb. Yaxınları onun cansız bədənini evdə aşkar ediblər.
Məlumata görə, Kəmalə Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.