Robot Yüksək Gərginlikli Xətləri Təmir Etdi: Elektrik Şokuna Son!
Çində innovativ robot, 10 kilovoltluq elektrik xəttini uğurla təmir edərək dünyada bir ilkə imza atıb. Bu texnologiya, təhlükəli işləri insan əməyi olmadan yerinə yetirməyə imkan verir.
Hubey əyalətində sınaqdan keçirilən robot, Wuhan State Grid ilə əməkdaşlıqda yaradılıb. O, elektrik kəsilmədən xətlərdə mürəkkəb təmir işləri apara bilir.
Robot, naqillərdən izolyasiyanı təmizləmək üçün lazer texnologiyasından istifadə edir, sonra naqili əsas xəttə bərkidərək birləşməni dəqiqliklə sıxır.
Vu Sinyan bildirib ki, robot dolaşıq naqil sistemlərində belə rahatlıqla işləyə bilir və ən əsası, elektrik şoku riskini aradan qaldırır.
Mütəxəssislər bu yeniliyi enerji işçilərinin təhlükəsizliyini artırmaq üçün mühüm addım hesab edirlər. Robot sistemləri, insanların həyatını təhlükəyə atan riskli işləri öz üzərinə götürərək təhlükələri azalda bilər.
Süni intellekt və robot texnikası iş yerlərinin itirilməsi qorxusuna səbəb olsa da, bu texnologiyalar insan əməyini daha təhlükəsiz edə bilər.