Human metapneumovirus (HMPV) infeksiyası halları sürətlə artır. Bu virusun simptomları qrip və soyuqdəymə ilə oxşar olduğu üçün diaqnozda çətinliklər yaradır.
HMPV ilk dəfə 2001-ci ildə aşkar edilib və daha çox qışın sonu, yazın əvvəlində yayılır. Əsas simptomlar: öskürək, hərarət, burun tıxanıqlığı, boğaz ağrısı, xırıltılı tənəffüs və nəfəs darlığıdır. Bəzi hallarda bronxit və sətəlcəm kimi ağırlaşmalar baş verə bilər.
Virus xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar üçün böyük təhlükə yaradır. Virus yoluxmuş şəxslə təmasda və ya çirklənmiş səthlərə toxunduqda yayılır.
Hazırda HMPV-yə qarşı xüsusi peyvənd və ya müalicə yoxdur. Həkimlər istirahət etməyi, bol maye içməyi və simptomları azaltmaq üçün dərmanlar qəbul etməyi məsləhət görürlər. Nəfəs darlığı və yüksək hərarət davam edərsə, dərhal həkimə müraciət edin.