Bakının Qaradağ rayonunda yerləşən Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən qanunsuz bağça bağlandı. Mərkəzdə “Erkən İnkişaf” kursu adı altında fəaliyyət göstərən bu müəssisənin qanunsuz bağça olduğu müəyyən edilib.
Hesablama Palatasına daxil olan müraciətlər əsasında aparılan araşdırma nəticəsində müəssisədə ciddi nöqsanlar aşkar edilib. Palatanın vətəndaşlara göndərdiyi cavab məktubunda mərkəzdəki “Erkən İnkişaf” kursunun fəaliyyətindəki nöqsanlara görə dayandırıldığı bildirilib.
Mədəniyyət Nazirliyi əvvəllər bildirmişdi ki, “Eliza School” tədris mərkəzi ilə müqavilə əsasında mərkəzdə “Erkən İnkişaf” kursu təşkil olunub. Lakin binada uşaq bağçası təşkil olunması ilə bağlı məlumatdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qızıldaş Mədəniyyət Mərkəzi ilə hər hansı rəsmi icarə müqaviləsinin olmadığını açıqlamışdı.
Bağçanın fəaliyyəti dayandırılsa da, Mərkəzin bədii rəhbəri Gülnar Abbasovanın hələ də vəzifəsini icra etdiyi qeyd olunur.