Qırğızıstanın Daxili İşlər Naziri Siqaretə Görə Cərimələndi

News Image

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyi üçün cərimələnib. Nazirliyin mətbuat xidməti bu barədə məlumat yayıb.

Sosial şəbəkədə nazirin Bişkekdə yerləşən teatrın yaxınlığında siqaret çəkdiyi görüntülər yayılıb. Hadisə Ramazan bayramı namazı zamanı baş verib.

Protokol tərtib edildi

Nazirliyin yaydığı protokola əsasən, nazir qayda pozuntusuna görə 3000 som (təxminən 59 AZN) məbləğində cərimə ödəyib.

Qeyd edək ki, 2024-cü ildən etibarən Qırğızıstanda icazə verilən ərazilərdən kənarda siqaret çəkməyə görə cərimə məbləği artırılıb.

0