Fənərbaxçanın Samsunspor üzərindəki son dəqiqə qələbəsi Türkiyədə mübahisələrə səbəb oldu. Matçın son anlarında vurulan qol Rizədə qeyri-adi sevincə səbəb olub.
Yerli medianın məlumatına görə, “sarı-lacivərdlilər”in 90+5-ci dəqiqədə vurduğu qoldan sonra bir şəxs sevincini silahla havaya atəş açaraq qeyd edib. Bu anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Sosial şəbəkə istifadəçiləri bu cür “qələbə sevinci”nin təhlükəli olduğunu vurğulayaraq, silahla edilən hərəkətlərin ciddi nəticələrə səbəb ola biləcəyini bildiriblər. Hadisə ilə bağlı rəsmi qurumların hələlik heç bir açıqlaması yoxdur.