Neftçalada dəhşətli yol qəzası: İki qardaşın faciəli ölümü
Neftçala rayonunda baş verən ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirib. Qəza rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu dünyalarını dəyişiblər. Məlumata görə, qardaşlar ailələri ilə birlikdə Bakı şəhərində yaşayırmışlar. Bayram günlərində kəndə qonaq gələn qardaşlar, səhər saatlarında valideynlərindən xəbərsiz avtomobilə minib kəndi gəzmək istəyiblər. Bu səbəbdən baş verən qəza onların həyatına son qoyub. Ailənin qəzada ölən qardaşlardan başqa övladı yoxdur.
Qeyd edək ki, həlak olan qardaşlardan biri 17, digəri isə 15 yaşında olub. Onların heç birinin sürücülük vəsiqəsi olmayıb. Azərbaycanda minik avtomobilləri üçün sürücülük hüququ almaq üçün minimal yaş həddi 18-dir.