Neftçala rayonunda faciəvi hadisə baş verib. İki qardaş avtomobillə kanala düşərək həyatını itirib.
Mil-Muğan bürosunun məlumatına əsasən, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və onun kiçik qardaşı, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində bədbəxt hadisə ilə üzləşiblər. Valideynlərinə məxsus olan “Nissan” markalı 99-TE-303 nömrəli avtomobillə hərəkət edərkən idarəetməni itirən qardaşlar, nəticədə şor kanala düşüblər.
Hadisə yerində hər iki qardaş dünyasını dəyişib. Onların cəsədləri sudan çıxarılaraq müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı geniş araşdırma başladılıb.