Müdafiə Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, istifadə müddəti bitmiş və yararsız hala düşmüş döyüş sursatları təhlükəsizlik tədbirlərinə uyğun olaraq məhv ediləcək.
Məhv etmə prosesi martın 10-dan 13-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində aparılacaq.
Nazirlik əhaliyə müraciət edərək partlayış səsləri ilə bağlı təşvişə düşməməyi xahiş edib və narahatlığa əsas olmadığını bildirib.