Moskvada iki tramvayın toqquşması nəticəsində xəsarət alanlar var.
Rusiya mətbuatının yaydığı məlumata əsasən, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Yaralılar arasında 5 uşaq da var.
İlkin məlumata görə, qəzaya səbəb tramvaylardan birinin texniki nasazlıq səbəbindən relsdən çıxması olub.
Qəza zamanı hər iki tramvayda təxminən 70 nəfər sərnişin olub.