Martın Sonuna Doğru Geomaqnit Qasırğası: Proqnozlar Açıqlandı

News Image

Geomaqnit qasırğası xəbərdarlığı: Martın sonu yaxınlaşır

Bakı Dövlət Universitetinin Astrofizika kafedrası mart ayının 18-dən 30-dək olan geomaqnit hava proqnozunu dərc edib. Proqnoza əsasən, martın 21-dək geomaqnit sahəsinin normal səviyyədə olacağı gözlənilir.

Martın 21-22-si və 25-də zəif səviyyəli geomaqnit dəyişiklikləri proqnozlaşdırılır. Geomaqnit qasırğasının gücünü ölçən Kp indeksi həmin tarixlərdə 5-ə bərabər olacaq. Martın 31-dək digər günlərdə isə bu göstərici 2-4 aralığında dəyişəcək. Yüksək coğrafi enliklərdə martın 19-da Kp indeksinin 6-7-yə yüksələ biləcəyi ehtimalı var.

Astrofizika kafedrası güclü geomaqnit qasırğasının gözlənilmədiyini vurğulayıb.

0