Türkiyədə məşhur market şəbəkəsi ilə bağlı qalmaqallı
Sosial mediada yayılan görüntülərdə marketin arxa hissəsində çox sayda qida məhsulunun zibil konteynerlərinə atıldığı görünür. İddiaya görə, son istifadə tarixi yaxınlaşan və ya qablaşdırılması zədələnmiş məhsullar bilərəkdən yararsız hala salınaraq məhv edilib.
Görüntüləri çəkən şəxs market əməkdaşlarının bəzi məhsulları zibilə atmadan əvvəl qəsdən zədələdiyini iddia edib. Şahid, ehtiyacı olan insanların və ya heyvanların istifadə edə biləcəyi qidaların yararsız hala salınmasına etiraz edib.
Sosial media istifadəçiləri qida israfına qarşı sərt reaksiyalar verərək, nəzarətin gücləndirilməsini və aidiyyəti qurumların araşdırma aparmasını tələb ediblər.
Reaksiyalar Artır