Lənkəranda Dəhşətli Qəza: Tanınmış Həkimin Oğlu öldü – Detaylar şok Etdi!

News Image

Lənkəranda baş verən ağır yol qəzası nəticəsində 25 yaşlı Ümid Möhübbətovun ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Rayonun Separadi kəndi yaxınlığında, körpüdə qeydə alınan qəza zamanı, Masallı rayon sakini Sultan Hacıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil 20 metrlik yüksəklikdən çaya düşüb. Nəticədə sərnişin, 21 yaşlı Ümid Möhübbətov ağır xəsarətlər alıb.

Ümid Möhübbətov dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə reanimasiya şöbəsindədir.

Məlumata görə, dünyasını dəyişən gənc, Masallının tanınmış həkimlərindən Nicat Möhübbətovun oğludur. Ümidin Türkiyədə təhsil aldığı və qısa müddət əvvəl Azərbaycana qayıtdığı bildirilir.

Faktla bağlı araşdırma davam edir.

Qeyd: Hadisə Lənkəran-Boradigah yolunda baş verib. Sürücü idarəetməni itirərək əvvəlcə rabitə dirəyinə, sonra isə körpünün konstruksiyasına çırpılıb.

1