Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Kürdəmir rayonunun Xırdapay kəndində “Mercedes” markalı minik avtomobilində yanğın qeydə alınıb.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və alovun avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.