Kürdəmir: 7 Yaşlı Uşaq Avtomobil Qəzasında Həyatını İtirdi

News Image

Kürdəmir rayonunda baş verən yol qəzasında faciə yaşanıb. Çöl-Ərəb kəndində qeydə alınan hadisə zamanı, yolu keçən 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu adlı uşağı “VAZ-2107” markalı avtomobil vurub. Ağır xəsarətlər alan uşaq dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam edir.

0