Kocaeli vilayətinin Dilovası rayonunda piknik balonundan sızan qaz faciəyə səbəb olub.
Hadisə nəticəsində 1 yaşlı körpə həyatını itirib.
Məlumata görə, hadisə Diliskelesi Mahallesi ərazisində baş verib. Üç nəfərlik ailənin mətbəxdə istifadə etdiyi piknik balonundan qaz sızdığı bildirilir.
Qaz sızmasından 1 yaşlı Salih B.-nin təsirləndiyini görən anası Hazal B. dərhal təcili yardım xidmətinə müraciət edib.
Tibb və polis əməkdaşları körpənin artıq həyatını itirdiyini müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.