İsmayıllı rayonunda baş vermiş ağır yol qəzasında yaralananlardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilib və həyatını itirib. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə martın 19-da baş verib.
Xəstəxanaya dörd nəfər yerləşdirilib. Onlardan üçü (1997-ci il təvəllüdlü qadın, 1988-ci il təvəllüdlü qadın və 2000-ci il təvəllüdlü kişi) çoxsaylı travmalarla qəbul olunub. Vəziyyətləri stabil olduğu üçün ambulator müalicəyə göndəriliblər.
Təəssüf ki, 1991-ci il təvəllüdlü kişi ağır kəllə-beyin travması diaqnozu ilə komaya düşüb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti qurumlara təhvil verilib.
Qəza İsmayıllı-Qəbələ yolunda baş verib. “Hyundai” və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-21099-un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.