İrandan Türkiyə istiqamətində atılan ballistik raketin yeni
Nazirliyin bildirdiyinə görə, İrandan atılan raket Türkiyə hava məkanına daxil olduqdan sonra NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada deyilir: “Türkiyə ərazisinə və hava məkanına yönələn hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə görüləcək. Hadisənin bütün aspektləri araşdırılır və müvafiq ölkə ilə müzakirələr aparılır.”
Qeyd edək ki, bu, İrandan Türkiyəyə üçüncü raket hücumudur. Əvvəlki hücumlar martın 4-də və 9-da qeydə alınmışdı.