İranda həbsdə olan iki yapon vətəndaşından biri azadlığa buraxılıb. Yaxın zamanda o, doğma vətəninə dönəcək.
Bu barədə Yaponiya Xarici İşlər Naziri Tosimitsu Motegi məlumat verib.
Nazir həmçinin bildirib ki, digər yapon vətəndaşının da azad edilməsi üçün işlər aparılır. O əlavə edib ki, azad edilən şəxs hazırda Azərbaycandadır və tezliklə Yaponiyaya qayıdacaq.
Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs 2025-ci ilin yayında saxlanılıb, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmır.
Yerli media orqanlarının verdiyi məlumata əsasən, İranda saxlanılan digər yaponiyalı NHK-nın Tehran ofisinin rəhbəridir. O, yanvarın 20-də saxlanılıb və hələlik saxlanılma səbəbi açıqlanmayıb.