Nevroloq Baybin Çen insulta səbəb olan gözlənilməz amilləri açıqlayıb. Onun sözlərinə görə, bəzi adi vərdişlər insult riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Boyun masajı alətləri: Həkim bildirib ki, boyun masajı alətləri yuxu və onurğa arteriyalarına həddindən artıq təzyiq göstərdiyi üçün damar divarlarını zədələyə bilər. Bu zədələnmə tromb əmələ gəlməsinə və nəticədə beyinə qan axınının pozulmasına səbəb ola bilər.
Saç yuyulma pozası: Başın uzun müddət geri əyilmiş vəziyyətdə qalması da təhlükəlidir. Məsələn, gözəllik salonlarında saç yuyularkən onurğa arteriyaları sıxıla və beyinə gedən qan dövranı pisləşə bilər.
Üzdəki sızanaqları sıxmaq: Üzdəki “ölüm üçbucağı” adlanan bölgədəki sızanaqları sıxmaq da ciddi fəsadlara yol aça bilər. Bu bölgədəki infeksiyalar damarlar vasitəsilə daha dərinə yayıla, tromblaşmaya və nadir hallarda insulta səbəb ola bilər.