İnstagram istifadəçiləri diqqət! Son zamanlar sosial şəbəkədə qadın adlarından açılan saxta hesabların sayı sürətlə artmaqdadır. Bu cür profillər istifadəçilər üçün ciddi təhlükə
Naməlum şəxslər əvvəlcə real qadın istifadəçilərin adından saxta profillər yaradır və onların dostlarına izləmə sorğuları göndərirlər. İzləmə sorğusunu qəbul etdikdən sonra həmin profildəki şəkillər oğurlanaraq yeni saxta hesablar açılır.
Zəncirvari proses necə işləyir?
Bu üsulla daim yeni hesablar yaradılır və proses zəncirvari şəkildə davam edir. Nəticədə, qısa müddət ərzində eyni şəxsin adı və şəkli ilə çoxsaylı saxta profillər meydana çıxır.
Ekspertlər xəbərdarlıq edir: Bu cür saxta hesablar fırıldaqçılıq, məlumat oğurluğu və digər qanunsuz əməllər üçün istifadə edilə bilər. Buna görə də tanımadığınız profillərdən gələn izləmə sorğularını qəbul etməyin, şəxsi şəkillərinizin görünürlük ayarlarını məhdudlaşdırın və şübhəli hesabları dərhal şikayət edin.