Gürcüstanda Miqrasiya Xidmətinin əməliyyatı: Azərbaycanlılar da deportasiya olundu
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən keçirilən son tədbirlər nəticəsində Azərbaycan vətəndaşları da daxil olmaqla, ümumilikdə 105 xarici ölkə vətəndaşı deportasiya edilib.
DİN-in rəsmi məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Çin, Rusiya və digər ölkələrin vətəndaşları da var. Ümumilikdə 20-dən çox ölkənin vətəndaşı Gürcüstanı tərk etmək məcburiyyətində qalıb.
Bu il ərzində Gürcüstandan deportasiya edilən xarici vətəndaşların sayı 806 nəfərə çatıb. Qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin gələcəkdə Gürcüstana girişi qadağan edilir.
Deportasiyanın səbəbləri hələlik açıqlanmır.