Goranboyda Dəhşətli Qəza: Avtomobil Piyadanı öldürdü

News Image

Goranboyda ağır yol qəzası baş verib. “Mercedes” markalı avtomobil piyadanı vuraraq onun ölümünə səbəb olub.

Hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb. Kəlbəcər rayon sakini, 1970-ci il təvəllüdlü İ.Hüseynov idarə etdiyi avtomobillə Goranboy rayonunun Zeyvə kənd sakini, 1990-cı il təvəllüdlü T.Quliyevi vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Mərhumun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

4