Gəncə Dövlət Universitetində oxuyan tələbənin qəfil ölümü kədər yaradıb. 1999-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlunun vəfatı ilə bağlı xəbər universitetdə və şəhərdə böyük üzüntü ilə qarşılanıb.
Fərmanın ölüm səbəbi hələlik açıqlanmır. Bu gözlənilməz itki, onun yaxınları və dostları arasında dərin şok və kədər hissi oyadıb.
Mərhum Fərman Əlizadənin atası, Birinci Qarabağ müharibəsinin qazisi Etibar Əliyevdir. O, Cəbrayıl rayonunun sakini idi.
Allah rəhmət eləsin!