Gəncədə evdə qaz sızması partlayışa səbəb olub. Nəticədə bir nəfər xəsarət alıb. 1965-ci il təvəllüdlü M.Yolçuyev adlı şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Hadisə yerinə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.