Gəncədə xoşagəlməz hadisə baş verib. Şəhər sakini, 2013-cü il təvəllüdlü S.Bayramov fişəng partlaması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yeniyetmənin əlinin və bədəninin müxtəlif nahiyələrində çoxsaylı yaralar olduğu bildirilir. Həkimlər tərəfindən dərhal yardım göstərilib və hazırda vəziyyətinin stabil olduğu qeyd edilir.
İlkin məlumatlara görə, hadisə yeniyetmənin yaşadığı evdə fişənglə ehtiyatsız davranması nəticəsində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.