Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında dəhşətli hadisə baş verib. Mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.
Məlumata görə, Ağdam rayonundan olan 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu, çobanlıqla məşğul olarkən faciə ilə üzləşib. O, atla ərazidə hərəkət edərkən mina partlayışının qurbanı olub.
Partlayış nəticəsində Ramil Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun atı da partlayışda tələf olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.