Erzurumda dəhşətli hadisə baş verib. Beşmərtəbəli binanın damından qopan buz və qar kütləsi 35 yaşlı Poyraz Özoltulunun ağır yaralanmasına səbəb olub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hadisə necə baş verib?
Məlumata görə, Poyraz Özoltulu atasının avtomobil təmiri dükanının qarşısında avtomobili təmir edərkən binanın damından qopan buz və qar kütləsinin altında qalıb.
Vəziyyəti ağırdır
Ağır yaralanan Poyraz Özoltuluya ilk tibbi yardım hadisə yerində göstərilib. Daha sonra təcili yardım maşını ilə Atatürk Universiteti Araşdırma Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.