Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib. Bayram tətilində vətəndaşların rahatlığı üçün Sabunçu və Qaradağ rayonlarındakı texniki müayinə mərkəzləri hər gün səhər saat 09:00-dan axşam 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.
BDYP-dən verilən məlumata görə, qeyri-iş günlərində nəqliyyat vasitələrinin qeydiyyatı və imtahanlar da təşkil olunacaq. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi və regional şöbələrində xidmət saatları səhər 09:00-dan axşam 18:00-dək davam edəcək.
Sürücülərə Çağırış
Nəqliyyat vasitəsi sahibləri və sürücülər yaradılan bu imkanlardan istifadə edərək, texniki baxış və qeydiyyat-imtahanla bağlı müraciətlərini asudə vaxtlarında edə bilərlər. DYP-nin aidiyyəti qurumları adi iş günlərində olduğu kimi xidmət göstərəcək.