Martın 16-da Azərbaycanın avtomobil yollarında hava şəraitinin yağıntılı və dumanlı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu səbəbdən bəzi magistral yollarda görüş məsafəsi 300 metrdən 800 metrədək məhdudlaşa bilər.
Sürücülərə diqqətli olmaları tövsiyə edilir.