Daxili İşlər Nazirliyi (DİN) Novruz bayramı və Ramazan bayramı günlərində işğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşlara və xarici qonaqlara müraciət ünvanlayıb.
DİN-in müraciətində deyilir:
“Əziz soydaşlarımız və ölkəmizin xarici qonaqları! Bayram günlərinin təhlükəsiz və şən keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək üçün bütün tədbirləri görürlər. Vətəndaşlarımızın məsuliyyətli davranışı bu sabitliyi daha da möhkəmləndirəcəkdir.
Qarabağa səfər qaydaları:
- Səfər üçün əvvəlcədən qeydiyyatdan keçmək vacibdir.
- Şəxsi avtomobillə səfər edənlər yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməlidirlər.
- Tez alışan və partlayıcı maddələrin əraziyə aparılması qadağandır.
- Yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara getmək tövsiyə olunur.
Hər bir vətəndaş Qarabağda ictimai asayişi poza biləcək hərəkətlərdən çəkinməli, nümunəvi davranış nümayiş etdirməlidir. Ümid edirik ki, bayram tonqalları bütün neqativləri aparacaq, əvəzində xoşbəxtlik və hüzur gətirəcək. Bayramınız mübarək!”