Çində baş verən yol qəzası anbaan kameralara düşüb. Yolun əks tərəfinə keçmək istəyən piyada, diqqətsizlik edərək yük maşını ilə toqquşub. Sürücünün çevik manevri sayəsində yük maşınının təkəri piyadanı yalnız bir neçə metr sürükləyib.
Möcüzə nəticəsində piyada sağ qalıb. Müxtəlif xəsarətlər alan yaralıya hadisə yerindəcə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırma başladılıb. Bu anlar sosial mediada böyük marağa səbəb olub.