çində Azyaşlının Telefonu Partladı: Anında Alov Topuna Döndü – Vi̇deo

News Image
thumb
thumb

Çində azyaşlı uşağın əlindəki telefon qəflətən partlayıb. Hadisənin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntüləri yayılıb.

Evdə telefonla oynayan uşağın smartfonu bir anda alovlanaraq partlayıb.

Partlayışdan sonra şoka düşən uşaq, telefonu əlindən ataraq xilas olub. Xoşbəxtlikdən, o, ciddi xəsarət almayıb.

Mütəxəssislər valideynlərə xəbərdarlıq edir ki, bu cür hadisələrin qarşısını almaq üçün diqqətli olsunlar. Telefon istifadə edilərkən həddindən artıq qızmasına fikir verilməli, qeyri-orijinal enerji doldurma cihazlarından istifadə etməkdən çəkinmək lazımdır. Bu cür hallar batareyanın qızmasına və partlayış riskini artırır.