Bolqarıstanda Şok Fakt: Sahildə Kütləvi Ölüm!
Bolqarıstanın Şabla şəhəri yaxınlığındakı Qara dəniz sahillərində son günlərdə qeyri-adi bir hadisə yaşanır. Çimərliklərdə 300-dən artıq fırtınaquşu və 9 delfinin cansız cəsədi aşkar edilib. Bu, son 20 ildə bu bölgədə qeydə alınan ən böyük kütləvi ölüm hadisəsidir.
Delfinlər və fırtınaquşları nəsli kəsilmək təhlükəsi altında olan, xüsusi qorunan canlılardır. Onların qorunması Bolqarıstan və beynəlxalq təşkilatlar tərəfindən prioritet məsələ hesab olunur.
Mütəxəssislər bu faciənin səbəblərini araşdırmaq üçün təcili tədbirlər görüblər. Ölü heyvanlardan nümunələr götürülərək laboratoriya analizlərinə göndərilib. Ölümün dəqiq səbəbi hələlik məlum olmasa da, aparılan araşdırmalar yaxın zamanda nəticə verəcək.
Bu kütləvi ölüm hadisəsi bölgədə ciddi narahatlıq yaradıb. Ətraf mühit fəalları və yerli sakinlər problemin həlli üçün səlahiyyətli orqanlardan daha ciddi addımlar atılmasını tələb edirlər.